RU

Dövlət və özəl uşaq müəssisələrinə nəzarət artırıldı

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Sözügedən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edəcək. Hazırlanmış tələblərin “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulub.
Избранный
11
8
e-huquq.az

10Источники