RU

Rəqəmsal marketinq meneceri -VAKANSİYA

"AzInTelecom” MMC, Rəqəmsal marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal marketinq strategiyalarını planlaşdırmaq, tətbiq etmək və sosial media, ödənişli reklamlar, e-poçt marketinqi, SEO kimi kanallar üzrə idarə etmək;
  • Axtarış sistemlərində sıralamanın optimizasiyası və orqanik trafikin artırılması üçün SEO trendlərinin tətbiqi;
  • Ödənişli axtarış reklamlarının planlaşdırılması və idarə edilməsi, xərclərin optimizasiyası;
  • Seqmentləşdirmə və fərdiləşdirmə strategiyalarını tətbiq edən email kampaniyalarını dizayn etmək və idarə etmək;
  • App Store Optimization (ASO) həyata keçirmək və tətbiqin yüklənmə sayını artırmaq üçün optimallaşdırmalar aparmaq;
  • Google Play və App Store platformaları üçün tətbiq reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq;
  • Daxili komandalar (kontent, dizayn, məhsul) ilə əməkdaşlıq edərək kampaniyaların biznes məqsədləri və marka standartlarına uyğunluğunu təmin etmək.
  • Hesabatların və dashboard-ların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Marketinq sahəsi üzrə təhsil arzuolunandır)
  • Rəqəmsal marketinq alətlərində təcrübə (Google Analytics, SEMrush, HubSpot, Google Ads, Meta ads, Mailchimp və s.)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Kampaniya performansını və ROI-ni təhlil etmək bacarığı
  • Azərbaycan dili səlis, ingilis və ya rus dilləri (üstünlükdür)
  • Kreativ düşüncə və analiz qabiliyyəti;
  • Ünsiyyət və təqdimat bacarıqları
  • Komanda ilə işləmə bacarığı.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə career@azintelecom.az ünvanına göndərməyiniz xahiş olunur.

Zemfira Ms
Fins.az

Избранный
12
22
fins.az

10Источники