"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
“İki sahil” xəbər verir ki, ADY-den verilən məlumata görə, yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Məlumata görə, marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.