"Zəngəzur dəhlizi ilə bağlı Türkiyə Azərbaycanla müzakirələri davam etdirir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada keçirilən "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit daşıma" mövzulu konfransda çıxışında deyib.
O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin effektivliyini artırmağa çalışır.
Nazirin sözlərinə görə, belə layihələrdən biri də Zəngəzur dəhlizidir.
Milli.Az