RU

Sahel dövlətləri ECOWAS-ın möhlətini rədd ediblər

Qahirə, 25 dekabr, AZƏRTAC

Mali, Burkina-Faso və Niger Qərbi Afrika Dövlətləri İqtisadi Birliyini (ECOWAS) tərk etmək barədə qərarlarının qəti olmasını bir daha təsdiqləyib və təşkilatın onlara yenidən düşünmək üçün verdiyi 6 aylıq möhləti rədd ediblər. Onlar bunu sabitliyi pozmağa xarici cəhd hesab ediblər.

AZƏRTAC BƏƏ-nin “əl-İttihad” qəzetinin informasiya mərkəzinə istinadla xəbər verir ki, adıçəkilən dövlətlərin təşkilatı tərk etməsi barədə qərar gələn ilin yanvarında qüvvəyə minəcək. Nizamnaməyə görə, dövlət qərarını elan etdikdən 1 il sonra təşkilatı tərk edə bilər. Lakin 15 dövlətin üzv olduğu ECOWAS bu müddəti keçid dövrü hesab edir və təşkilatın qapılarını hələ də açıq saxlamaq istəyir.

Qeyd edilməlidir ki, bu ilin yanvar ayında adıçəkilən üç dövlət Sahel Dövlətləri Alyansı çərçivəsində birləşdiklərini və ECOWAS-ı tərk edəcəklərini elan ediblər. Onlar ECOWAS-ı keçmiş müstəmləkəçi Fransanın istifadə etdiyi alət hesab edirlər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
27
1
azertag.az

2Источники