RU

Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

Dekabrın 14-də Fransanın Hind okeanındakı Mayotta adasında tüğyan edən “Şido” qasırğası qurbanlarının sayı 39 nəfərə çatıb.

Bu barədə “Far.Az” xarici mətbuata istinadən xəbər verir.

Rəsmi şəxslər qasırğa nəticəsində minlərlə insanın ölə biləcəyini qeyd edirlər. Mozambik qasırğa nəticəsində 94 nəfərin öldüyünü açıqlasa da, Malavi 13 nəfərin həyatını itirdiyini bildirib.

Qasırğa zamanı küləyin sürəti saniyədə 55 metri ötüb.

Fransa prezidenti Emmanuel Makron ötən həftə qasırğanın vurduğu Mayottaya səfəri zamanı yerli əhali tərəfindən tənqidə məruz qalıb. Makron onu istefaya çağıran insanlara “mən qasırğa deyiləm, cavabdehlik daşımıram” cavabını verib.

Избранный
47
far.az

1Источники