RU

Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Biz doğma yurdumuza, yuvamıza o qədər bağlıyıq ki, Cəbrayılın adı gələndə qəhər bizi boğur, sözlər boğazımızda düyünlənir".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Amil İdris oğlu Əliyev deyib.
O bildirib ki, ən böyük arzusu bu gün çin olur:
"Cəbrayıl bizim üçün və hesab edirəm ki, bütün cəbrayıllılar üçün həssas nöqtədir. Nəinki Cəbrayıl, eləcə də digər işğaldan azad olunan torpaqlarımız. Uşaqlığımızı, gəncliyimizi yaşadığımız və 30 il həsrətlə yolunu gözlədiyimiz öz doğma yurdumuza qovuşuruq bu gün. Qəhər məni boğur, sözlər düyünlənir boğazımda. Həyəcanla Cəbrayıla çatacağımız anı gözləyirəm.
Çox çətinliklər yaşadıq, torpağımızı itirdik, yüzlərlə, minlərlə, onminlərlə şəhid verdik, amma sonunda yağı tapdağından xilas etməyi bacardıq. Çox şükür bu günlərə!
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 49 ailə (253 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Cəbrayıl şəhərində ümumilikdə 287 ailənin (1169 nəfərin) məskunlaşması təmin edilib.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan bərpa-quruculuq layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Избранный
7
8
oxu.az

10Источники