Ermənistanın baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində məlumat verib.
O, koronavirus testinin nəticəsi ilə əlaqədar MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyini açıqlayıb.
Paşinyanın sözlərinə görə, dekabrın 23-də onun COVID-19 testinin nəticəsi müsbət çıxıb.
O qeyd edib ki, həmin gün və dekabrın 24-də özünü təcrid edib və iqamətgahda işləyib.
“Dekabrın 25-də diaqnozum artıq mənfi idi və mən adi işimə qayıtdım. Bununla belə, həmkarlarımla məsləhətləşdikdən sonra bu gün Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm”, - deyə Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib.