RU

“Kompüterdə yazılan mahnıları oxuya bilmərəm” - Brilliant

Xalq artisti Brilliant Dadaşova illər əvvəl oxuduğu və yeni aranjimanda klip ilə bərabər tamaşaçılara təqdim etdiyi bəstəkar Faiq Sücəddinovun “Səni səni” mahnısından söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “Elcanlı” verilişində danışıb.

Dadaşova kompüterdə yazılan yeni mahnıları bəyənmədiyini və bu səbəbdən repertuarında yer alan bir sıra nəğmələri yenidən aranjiman edəcəyini bildirib:

“Qərarə gəldim ki, sevilən mahnılarımı remiks edim. Yeni interpetasiya, yeni formada tamaşaçıya təqdim edim. Mənə bir çox mahnılar göndərirlər. Həmin mahnıları yazanlardan soruşuram ki, siz musiqiçisiniz, pianino, skripkada və ya hər hansısa bir musiqi alətində ifa edə bilirsiniz? Cavab verirlər ki, xeyr, biz bu musiqini kompüterdə yazırıq. Kompüterdə yazılan mahnıları necə oxuya bilərəm? Mənə heç zaman bu çatmaz. Çünki bir mahnının bəmi, zili, nəqarəti, melodiyası olmalıdır. Mən Faiq Sücəddinov, Cavanşir Quliyev, Eldar Mansurov kimi bəstəkarların mahnılarını oxumuşam. Düşündüm ki, bu mahnılara yeni nəfəs verim və onları yenidən remiks edim. Faiq Sücəddinov bəstəsi olan “Səni səni” adlı mahnını yeni aranjimanda mənə Hüseyn Cavadsoy hədiyyə etdi. Dinlədim, ürəyim getdi, çox bəyəndim. Düşünürəm ki, tamaşaçılarımızında xoşuna gələcək. Klipdə yenidir. Onu da Hüseynin komandası çəkib”.


Избранный
17
olay.az

1Источники