Azərbaycanda tələbələr arasında kütləvi zəhərlənmə baş verib, səkkiz nəfər xəstəxanaya yerləşdirilib.
Tovuz rayonu Peşə Təhsili Mərkəzində baş verən hadisənin təfərrüatını həmin tələbələr özləri "Xəzər Xəbər"ə danışıblar.
"Marketdən şirniyyat almışdıq. Bir az sonra vəziyyətimiz dəyişdi. Qrup yoldaşımın vəziyyəti daha ağır idi, yediklərimizi qusmağa başladıq. Hazırda özümü normal hiss edirəm", - deyə tələbə bildirib.
Tarix: 25 Dekabr 2024, 08:40