"Qalatasaray"ın heyətinə qatmaq istədiyi "Roma" klubunun argentinalı hücumçusu Paulo Dibala İstanbul təmsilçisinin təklifini qəbul etməyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Tuttosport" nəşri məlumat yayıb.
Dibalanın "Qalatasaray"ın 3 mövsümlük təklifini rədd etdiyi və karyerasını "Roma"da davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, Dibala bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə 19 matça çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yaddda qalıb.
Milli.Az