RU

"Tramp Qorbaçova bənzəyən fiqurdur" - Amerikalı diplomat

"ABŞ-nin dağılması qaçılmazdır və bu, nə qədər geciksə, dünya üçün bir o qədər ağır nəticələr olacaq". 

"Unikal" xəbər verir ki, bu barədə keçmiş amerikalı diplomat Cim Catras "RİA Novosti" ilə söhbətində bildirib.

Onun sözlərinə görə, çöküşün qarşısını almaq mümkün deyil və bu, nə qədər gec baş verərsə, nəticələri bir o qədər pis olacaq. O xatırladıb ki, SSRİ minimal zorakılıqla dağılıb, lakin ABŞ bununla bütün dünyanı sürükləyə, böyük müharibəyə səbəb ola bilər. Keçmiş diplomat həmçinin  ABŞ-dəki vəziyyəti Sovet İttifaqının son illəri ilə müqayisə edib.

"Biz “Brejnev durğunluğu” adlandırıla biləcək uzun bir dövrdən keçirik. Vaxtilə Qorbaçov sistemi silkələməklə xilas etməyə çalışsa da, sonda qarşısını almaq istədiyi çöküşün katalizatoru oldu. Tramp müəyyən mənada Qorbaçova bənzəyən fiqurdur. O, xarizması və sistemi sarsıtmaq cəhdləri ilə Amerika imperiyasını xilas edə biləcəyinə inanır. Lakin bu, yalnız sabitliyin daha da pozulmasına gətirib çıxaracaq", – Catras deyir.

Gülayə Mecid  

Избранный
4
50
unikal.az

10Источники