RU

Alla Puqaçovanı öldürmək istəyiblər

Rusiyanın Xalq artisti Alla Puqaçova və həmkarı Maşa Rasputinanın öldürülməsi planlaşdırılıbmış. 

OLAY yazır ki, həmin hadisə 90-cı illərə təsadüf edibmiş.

Bu barədə iş adamı Qennadi Snustikov “Pust qovoryat” (Qoy danışsınlar) verilişinin son buraxılışında danışıb.

Şou-biznesin “xaç atası” adlandırılan Snustikov quldurların müğənnilərə “ciddi adamlara” sifariş verdiyini açıqlayıb. 

Lakin onun müdaxiləsi sayəsində ikiqat faciənin qarşısı alınıb.

“Mən müdaxilə edib cavab verməli oldum: “Xeyr, bu baş verməyəcək”, - deyə Gennadi proqramda bildirib.

Rasputinanı və Puqaçovanı hansı səbəbdən öldürmək istədiklərini Snustikov ictimaiyyətə açıqlamayıb.

Избранный
25
2
olay.az

3Источники