Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya düşüb.
XALQ.AZ xəbər verir ki, bu barədə “Tengrinews” məlumat yayıb.
Məlumata görə, təyyarə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirirmiş.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.