Bu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 31 milyard 599 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 % artaraq 17 milyard 936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 % artaraq 13 milyard 662,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,8 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.