RU

Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub

Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində, ilkin məlumatlara görə, 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.

 

“Sputnik Qazaxıstan”a xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, bu gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Избранный
15
11
senzor.az

10Источники