1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) nümayəndələri arasında keçiriliən səsvermələrin nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, fransalı Fransua Leteksye 129 xalla dünyanın ən yaxşısı seçilib. Sloveniyalı Slavko Vinçiç (86 xal) ikinci, italiyalı Daniele Orsato (74 xal) üçüncü olub.
Xatırladaq ki, Fransu Leteksye AVRO-2024-ün final matçının baş hakimi olub.
Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə ən yaxşı adına layiq görülən polşalı Şimon Marçinyak bu dəfə yeddinci yeri tutub.