RU

Bakı üzrə ticarət dövriyyəsinin həcmi 5 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Bakı üzrə ticarət dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 31 599,0 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 17 936,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,7 faiz artaraq 13662,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Избранный
5
8
vergiler.az

10Источники