RU

Azərbaycan rəsmiləri Qazaxıstandadır

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.

Demokrat.az xəbər verir ki, heyət Qazaxıstanın Manqistaunun Administrasiyasında əyalətin akimi Nurdaulet Kilıbay ilə görüşüb.

Görüşdə qəzanın baş verdiyi yerdəki axtarış-xilasetmə işləri çərçivəsində həyata keçirilməli olan müvafiq tədbirlərin əhatə dairəsi müəyyənləşdirilib.

Избранный
8
6
demokrat.az

8Источники