Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Azərbaycan təyyarəsinin qəzaya uğramasından sonra tibbi heyət və avadanlıqla birlikdə Aktauya uçub.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə deyib. “Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə razılığa əsasən, Rusiya Fövqəladə Hallar Nazirliyinin tibb personalı və göyərtəsində lazımi əlavə avadanlıqlar olan təyyarəsi Aktauya uçur”, - Putin bildirib.