RU

Təyyarə binaların üstünə düşəcəkdi

Xəbər verdiyimiz kimi, bu gün "Azərbaycan Hava Yolları"na məxsus, Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Publika.az qlobal.net-ə istinadən xəbər verir ki, qəza şahidləri bildiriblər ki, təyyarə yaşayış binalarının üzərinə düşəcəkmiş. Lakin pilotlar hava gəmisini yaşayış məntəqəsindən uzaqlaşdırmağa müvəffəq olublar.

"Ekipaj əla iş gördü, təyyarəni uzaqlaşdıra bildilər. Əks təqdirdə daha çox qurban ola bilərdi", deyə şahidlər Qazaxıstan saytlarından birinə deyiblər.

Избранный
0
6
publika.az

7Источники