RU

Azərbaycanın heyəti Qazaxıstandadır

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət Qazaxıstandadır.

Heyət Qazaxıstanın Manqistaunun Administrasiyasında əyalətin akimi Nurdaulet Kilıbay ilə görüşüb.

FED.az xəbər verir ki, görüşdə qəzanın baş verdiyi yerdəki axtarış-xilasetmə işləri çərçivəsində həyata keçirilməli olan müvafiq tədbirlərin əhatə dairəsi müəyyənləşdirilib.

Əyalətin akimi Nurdaulet Kilıbay Azərbaycanın nümayəndə heyətinə hadisə nəticəsində xəsarət alanların zəruri tibbi xidmətlə təmin olunduğunu bildirib.

Избранный
0
7
fed.az

8Источники