Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda bunlar qeyd edilib:
“2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qəza nəticəsində həlak olanların ailələrinin kədərinə şərik olaraq qərara alıram:
2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin”.