Qazaxıstanlılar Azərbaycanın Astanadakı səfirliyinin önünə gül dəstələri düzürlər.

İndex.az Qazaxıstan bürosunun məlumatına istinadən xəbər verir ki, Astana sakinləri təyyarə qəzasında həlak olanların xatirəsini yad edir və başsağlığı verirlər.

Qeyd edək ki, “Azerbaijan Airlines” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsi bu gün Aktau yaxınlığında qəzaya uğrayıb.

Qəzadan 32 nəfər sağ çıxıb.