RU

Ərdoğan: Suriyada terrorçular ya silahlarını yerə qoyacaq, ya da dəfn olunacaqlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, terrorçular Suriyada ya silahlarını yerə qoymalı, ya da məhv edilməlidir. Onun sözlərinə görə, terrorçu, separatçı təşkilatların fəaliyyətinə son qoyulmalıdır.

“Biz Suriyadakı terror təşkilatlarını, xüsusən də bu separatçı cinayətkarları, İŞİD və Kürdüstan Fəhlə Partiyasını məhv etmək əzmindəyik. Onlar  ya silahları ilə vidalaşacaqlar, ya da onunla birlikdə Suriya torpağında dəfn olunacaqlar, bizimlə kürd qardaşlarımız arasında qan divarı hörməyə çalışan terror təşkilatını yox edəcəyik”, - deyə Ərdoğan parlamentdə hakim Ədalət və İnkişaf Partiyası fraksiyası ilə görüşdə deyib.

O qeyd edib ki, Suriyadakı terror qrupları “İraq və Türkiyə kimi Suriya üçün də təhlükə mənbəyidir”. “Onlarla əlbəyaxa mübarizə aparan yeganə NATO üzvü Türkiyədir və bu məsələdə bizim yeganə məqsədimiz Suriyadan başlayaraq, bölgəmizin hər yerində sülh, əmin-amanlıq və sabitliyi təmin etməkdir. Suriyanın təhlükəsizliyi və əmin-amanlığı ikinci yerdə ola bilər. 

Türkiyədəki suriyalı qaçqınlar məsələsinə gəlincə, o, ölkəsinin “geri qayıtmaq istəyənlərə kömək edəcəyini”, lakin “heç kəsi zorla göndərməyəcəyini” qeyd edib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Избранный
15
1
xalqqazeti.az

2Источники