RU

Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verdi

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının XİN bəyanat yayıb.
 

"Xarici İşlər Nazirliyi Qazaxıstanın qərbində yerləşən Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həlak olanların ailələrinə, Azərbaycan Respublikası hökumətinə və xalqına Səudiyyə Ərəbistanı Krallığının səmimi başsağlığını bildirir, yaralıların tezliklə sağalmasını diləyir", - bəyanatda qeyd edilib.


Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb.

Ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb.

Bizim.Media

Избранный
22
25
bizim.media

10Источники