RU

AZAL-ın təyyarəsi dronla vurulub? - video

Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarəyə Rusiya hava məkanında dronla mümkün hücumla bağlı versiyalardan biri nəzərdən keçirilir.

Bu barədə Haqqin.az yazıb.

Qeyd olunur ki, pilotlar hücumdan şübhələnməyə bilərdi. Qara qutunun araşdırılması isə bu suala cavab verəcək.

Xatırladaq ki, bu gün səhər saatlarında “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, əvvəlcə hava şəraiti ilə əlaqədar Qroznıdan Mahaçkalaya, daha sonra Aktauya yönləndirilən təyyarə orada eniş edə bilməyib və qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Azərbaycan Baş Prokurorluğu hadisə nəticəsində 32 nəfərin sağ qaldığını bildirib.

Избранный
20
21
buta.media

10Источники