RU

“Ora istirahət məqsədilə uçurdu…” – VİDEO

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlar arasında Gəncə şəhər sakini də var.

Viral.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, yaralanan sərnişin Toğrul Cəfərovun atası Mahir Cəfərov oğlunun istirahət məqsədilə Bakıdan Çeçenistanın paytaxtı Qroznıya getdiyini bildirib: “Oradan isə Rusiyanın Sankt-Peterburq şəhərinə uçacaqdı”.

M.Cəfərov qəza xəbərini eşidəndən sonra bir müddət oğlundan xəbər ala bilməyib. Sonradan isə onunla telefon danışığı edə bilib: “Təxminən iki saat keçdi, xəbər gəldi ki, təyyarə qəzaya uğrayıb. Ondan bir saat sonra əlaqə yaratdıq. Şükürlər olsun, yüngül xəsarətlər alıb. Hazırda Aktauda xəstəxanadadır. Gün ərzində 4-5 dəfə danışmısam”. 

Son Yazılar:

Qeyd edək ki, Toğrul Cəfərov Gəncə Birləşmiş Xəstəxanasının Dəstək Xidmətləri Şöbəsinin əməkdaşıdır.

Избранный
9
5
viral.az

6Источники