Qazaxıstanın Aktau şəhərində Embraer 190 təyyarəsinin qəzaya uğraması nəticəsində 7 Rusiya vətəndaşı həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə məlumat verib.
Onun sözlərinə görə, təyyarə qəzasında 9 Rusiya vətəndaşı sağ qalıb. Ümumilikdə təyyarədə 16 Rusiya vətəndaşı olub.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 5-i ekipaj üzvü olmaqla 69 nəfər olub. Sağ qalan 29 nəfərin olduğu bildirilir - onların vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.