Bakı. Trend:
Qazaxıstanın Manqistau vilayəti Aktau yaxınlığında baş vermiştəyyarə qəzasında qurbanlarının ailələrinə bütün lazımi yardımıgöstərməyə hazır olduğunu bildirib.
Trend xəbər verirki, bu barədə vilayət rəhbəri Nurdaulet Kilıbay brifinqdəbildirib
"Biz bütün lazımi köməkliyi göstərəcəyik", - deyə o qeyd edib. Obildirib ki, Aktauya gələnlər +7 (702-52) 5-31-01 nömrəsi ilə əlaqəsaxlayaraq 24 saat ərzində köməklik ala bilərlər.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.