RU

Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Səlim Karvansarasının üzərində olan müəmmalı yazılının açılışı" adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə ermənilərin Dərələyəzdə Elxani hökmdarına aid abidələri saxtalaşdırma əməllərindən, Azərbaycan boyu abidələr üzərində olan Günəş-Ulduz damğasının mənasından bəhs olunub.
Bildirilib ki, Elxanilər hökmdarının fəaliyyəti erməni mənbələrində danılıb:
"Belə ki, 1316-1335-ci illərdə Elxanilər dövlətinin 9-cu hökmdarı olan Sultan Əbu Səid Bahadur xan tərəfindən Dərələyəz mahalının Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında Ağkənd (Ağcanadzor) kəndinin yuxarısında Səlim karvansarası tikilib. Lakin erməni dilində olan yazılarda qeyd olunur ki, guya bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar Orbelyan tərəfindən tikilib. Xan Bahadura aid mülklərin hamısı orbelyanların adına çıxılıb. Abidənin içərisindəki erməni dilində olan yazı sonradan əlavə olunub. Ümumiyyətlə, Dərələyəzdə olan abidələr üzərində olan türk damğaları günəş və ulduz işarəsi türk inancından yaranıb".
Süjetdə Səlim Karvansarasının üzərində olan müəmmalı yazılıya, Çingiz xanın qorçusu Çormoğon Noyonun Dərələyəzdəki fəaliyyətinə, Azərbaycan boyu abidələr üzərində olan Günəş-Ulduz damğasının mənasına aydınlıq gətirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Избранный
11
14
oxu.az

10Источники