Suriya Keçid Hökumətinin Hərbi Əməliyyatlar Departamenti ələvi icmasının üzvlərinin küçə etirazlarından sonra Latakiya şəhərində və onun ətrafı Ceblada yerli vaxtla saat 20:00-dan 08:00-a qədər komendant saatı tətbiq edildiyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, bundan öncə bölgədə polislərə hücumlarla müşayiət olunan iğtişaşlar baş verib.