Manset.az Modern.az-ın əldə etdiyi məlumata istinadən xəbər verir ki, artıq həmin müəllimlərdən bəzilərinin müraciətlərinə cavab verilib. Belə ki, sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqavilələrinə xitam verilmiş Şəki rayonu İnçə-Zunud kənd tam orta ümümtəhsil məktəbinin, Şəki rayonu Baş Göynük 2 nömrəli tam orta ümumtəhsil məktəbinin keçmiş ibtidai sinif müəllimləri Ziyəddinova Mahirə Şəfayət qızının və Əliyeva Limun Musa qızının təkrar sertifikatlaşdırmanının nəticələrinin ləğv edilməsi və işə bərpa barədə iddia tələbləri Şəki Rayon Məhkəməsinin qətnamələri ilə rədd edilib.
Faktı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.