"Qalatasaray" "Lion"un forvardı Jorj Mikautadze üçün ilkin rəsmi təklif göndərib.
Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İstanbul klubu Gürcüstan millisinin hücumçusu üçün 17 milyon avro və əlavə bonus ödəməyə hazırdır.
Lakin Fransa klubu Mikautadzenin komandaya yayda keçdiyinə görə daha çox pul qazanmaq istəyir.
Jorj Mikautadze bu mövsüm "Lion"un heyətində 21 matça çıxaraq 7 qol vurub (həmçinin Bakıda "Qarabağ"a 2 qol vurmuşdu) və 1 qolun ötürməsini edib.