İllər öncə ADNA-da törədilən terror aktı zamanı Savalan Cabbarov adında bir gəncimiz özünü terrrorçunun üstünə atdı, 7 güllə yarası alaraq həlak oldu.
2020-ci ildə Qarabağ savaşında Azərbaycan ordusu minlərlə şəhid verdi, amma döyüşlərdə bircə addım da geri çəkilmədi. Misilsiz Şuşa əməliyyatında düşmənlər Azərbaycan övladlarının şücaətinə mətəl qalmışdı: "Güllə ilə vururuq, üstü-başı qanlı yenə üstümüzə gəlirlər".
Azərbaycan Hava Yollarına məxsus təyyarə hazırda bizə naməlum səbəbdən yerə çırpılmaq təhlükəsi ilə üzləşir. Oksigen balonları açılıb, təyyarə səmada dolanbac hərəkət edir. Və bir Azərbaycan qızı salona səslənir: "Hər şey yaxşı olacaq"!
Bəli, hər şey yaxşı olacaq. Ona görə yaxşı olacaq ki, bu millətin özü də, övladları da qəhrəmandır!
Tanıdığımız, tanımadığımız, xatirini istədiyimiz, istəmədiyimiz hər kəs!