1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Tula vilayətinin Uzlovski rayonunda "Haval" avtomobil zavodunda baş vermiş yanğınla əlaqədar 510 nəfəri təxliyə ediblər.
Oxu.Az xəbər veirr ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, zavodda karton qutular yanıb, xəsarət alan olmayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətinin məlumatına görə, yanğının sahəsi 200 kvadratmetr olub. 15 texnika və 60 canlı qüvvə hadisə yerində çalışıb. Yanğınsöndürmə sistemləri düzgün işləyib.