Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Sportinfo.az xəbər verir ki, bununla əlaqədar olaraq, bu gün Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçiriləcək Yüksək Liqanın VIII turunun və Azərbaycan kubokunun ilkin mərhələsinin oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.