RU

Fransa şirkəti Nigeri beynəlxalq məhkəməyə verir

Niger hökuməti Orano şirkətinin uran hasilatına dair lisenziyasının ləğv etdikdən sonra Fransa ilə münasibətlər daha da pisləşib. Baş ofisi Parisdə yerləşən şirkət indi məsələni beynəlxalq arbirtaj yolu ilə həll etmək istəyir. SİA xəbər verir ki, şirkət ötən həftə özünün Nigerdəki törəmə müəssisəsi “Somair”ə də nəzarəti itirib. Bununla belə, Nigerdə uran hasilatı davam edir. Artıq anbarlarda 1 150 ton uran ehtiyatı toplanıb ki, bunun da bazar dəyəri 300 milyon dollardır.

Ölkənin Beninlə sərhədi bağlı olduğu üçün hasil olunmuş filiz xaricə daşına bilmir. Rəsmi Niamey ölkədə mədən sənayesini təkmilləşdirmək üçün yeni partnyorlar axtarışındadır.

Избранный
10
2
sia.az

4Источники