RU

Avropa Birliyində doğum nisbəti rekord dərəcədə aşağı düşüb

Avropa İttifaqının 12 ölkəsində Ukraynadakı münaqişə səbəbindən çox aşağı doğum səviyyəsi müşahidə olunur.

AzEdu.az xəbər verir ki, bu barədə "Financial Times" yazır.

Məlumata görə, Almaniyada bu problem xüsusilə kəskin müşahidə olunur.

2023-cü ildə Almaniyada doğuş nisbəti bir qadına 1,35 uşaq səviyyəsində olub ki, bu da BMT-nin "ultra aşağı" həddi olan 1,4 səviyyəsindən də azdır.

Məqalə müəllifləri vurğulayırlar ki, Estoniya və Avstriya, eləcə də İspaniya, Yunanıstan və İtaliyanın göstəriciləri də müəyyən edilmiş həddən aşağı düşüb. Bildirilir ki, avropalılar inflyasiya, işlərini itirmək qorxusu və Rusiya-Ukrayna münaqişəsi ilə bağlı narahatlıq səbəbindən uşaq sahibi olmaqdan imtina edirlər.

Избранный
18
3
azedu.az

10Источники