“İqor kapitanı uşaqlıqdan tanıyıram. Atamla bir yerdə Yak-40 təyyarəsində işləyirdi”.Metbuat.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların Təhlükəsizliyi İdarəsinin rəis müavini Fərhad Nəsirov deyib. “Kalyaninov Aleksandr bizim Milli Aviasiya Akademiyasının məzunudur. Reysdən öncə səhər brifinq otağında hər iki pilotla görüşmüşdük. Əhval-ruhiyyələri yaxşı idi. Əfsuslar olsun ki, belə bir faciə baş verib”, - deyə F.Nəsirov bildirib. Daha ətraflı İTV-nin süjetində: