RU

Belə qəzalarda sağ qalmaq çox nadir hallarda olur

Aviasiya qəzaları zamanı ən çox sağ qalan sərnişinlər təyyarənin quyruq hissəsində oturanlardır.

Bu barədə sağ qalma və təhlükəsizlik üzrə ekspert Eduard Xəlilov "aif.ru"ya danışıb.

"Bütün aviaqəzaları analiz etsək, dünya statistikasına görə ən təhlükəsiz yerlərin təyyarənin quyruq hissəsində olduğu məlumdur. Bəzən quyruq hissəsində olan sərnişinlərin də həlak olduğu hallar olur. Lakin ümumilikdə, bu hissə daha təhlükəsizdir. Çünki sərt zərbələr zamanı quyruq hissəsi qırılır və burada olan insanlar daha çox sağ qalır. Təyyarənin ön hissəsi isə ya yerə çırpılır, ya da ağaclara və ya binalara dəyir," - deyə ekspert bildirib.

Eduard Xəlilov əlavə edib ki, Qazaxıstanda qəzaya uğramış "Embraer 190" təyyarəsinin hadisəsi bu statistikaya uyğun gəlir:

"Bu hadisədə quyruq hissənin qırıldığını və orada olan insanların sağ qaldığını görürük. Bu, bir daha statistikanı təsdiqləyir. Lakin belə qəzalarda sağ qalmaq çox nadir hallarda olur, çünki zərbə çox güclü olur. Hətta təyyarənin bir hissəsi qopsa da, insanlar ağır xəsarət alır və çox zaman bu yaralar həyati təhlükəli olur. Amma burada çox sayda insanın sağ qalması əsl möcüzədir".

Qeyd edək ki, 25 dekabr tarixində Bakı-Qroznı reysi ilə uçan "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Çeçenistanın paytaxtı Qroznıda duman səbəbindən təyyarə enə bilməyib və əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.

Təyyarədə 67 nəfər olub. Qəza nəticəsində 32 nəfər sağ qalb.


Избранный
19
1
azia.az

10Источники