RU

Təyyarə qəzasında xəsarət alan 3 azərbaycanlı reanimasiyadadır

Qazaxıstanda baş verən təyyarə qəzasında xəsarət alan 3 Azərbaycan vətəndaşı hazırda reanimasiyadadır.

Bu barədə Sputnik Azərbaycan yazır.

Digər yaralı azərbaycanlıların vəziyyəti normaldır. Bir neçə gündən sonra onlar öz ölkələrinə çatdırılacaq.

Bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev  Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Rusiyadan Bakıya qayıdıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Aktauda təyyarə qəzası nəticəsində həlak olan respublika vətəndaşlarının siyahısını dərc edib.

DOĞRU.AZ

Избранный
16
dogru.az

1Источники