RU

AZAL-ın təyyarəsinin konstruksiyalarını sökməyə BAŞLADILAR

Aktauda AZAL-a məxsus təyyarənin konstruksiyalarını sökməyə başlayıblar.

Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, fəsadların aradan qaldırılmasında 306 nəfər iştirak edir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə kinoloqlar da cəlb olunub.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumatlara əsasən, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.

Bizim.Media

Избранный
14
bizim.media

1Источники