RU

Azərbaycandakı siyasi partiyalar təyyarə qəzası ilə bağlı bəyanat yayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.
Oxu.Az bəyanatı təqdim edir:
"2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarının Bakı-Qroznı reysi üzrə sərnişin daşıyan təyyarəsinin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə dünyalarını dəyişməsi və xəsarətlər alması bütün xalqımızı dərindən kədərləndirdi.
Baş vermiş hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına səfərini təxirə salıb, təcili ölkəyə qayıdaraq qəza nəticələrinin aradan qaldırılması və səbəblərinin araşdırılması üçün operativ müşavirə keçirib. Dövlətimizin başçısının imzaladığı müvafiq sərəncamlarla baş vermiş qəzanın səbəblərinin araşdırılması, qəzada həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə yardım göstərilməsi, həmçinin qəzadan zərər görmüş xarici ölkə vətəndaşları ilə bağlı məsələlərin həlli məqsədilə dövlət komissiyası yaradılıb, ölkədə birgünlük matəm elan olunub.
İnanırıq ki, müvafiq dövlət qurumları qəzanın nəticələrini qısa müddətdə araşdıraraq ictimaiyyətə ətraflı məlumat verəcək, qəzadan zərər görənlərə lazımi dövlət qayğısı göstəriləcək.
Bəyanatı imzalayan siyasi partiyalar adından təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq.
Belə ağır günlərdə xalqımızın və dövlətimizin yanında olduğumuzu bəyan edir, bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayır, vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını həmrəyliyə çağırırıq.
Uca Allah xalqımızı bəlalardan qorusun!
1. Yeni Azərbaycan Partiyası;
2. Vətəndaş Həmrəyliyi Partiyası, Sabir Rüstəmxanlı;
3. Ana Vətən Partiyası, Fəzail Ağamalı;
4. Ədalət, Hüquq, Demokratiya Partiyası, Qüdrət Həsənquliyev;
5. Böyük Quruluş Partiyası, Fazil Mustafa;
6. Demokratik İslahatlar Partiyası, Asim Mollazadə;
7. Azərbaycan Demokratik Maarifçilik Partiyası, Elşən Musayev;
8. Milli Cəbhə Partiyası, Razi Nurullayev;
9. Azərbaycan Milli İstiqlal Partiyası, Arzuxan Əlizadə;
10. Böyük Azərbaycan Partiyası, Elşad Musayev;
11. Haqq Ədalət Partiyası, Əli İnsanov;
12. Vəhdət Partiyası, Tahir Kərimli;
13. Azərbaycan Ümid Partiyası, İqbal Ağazadə;
14. Azərbaycan Demokrat Partiyası, Sərdar Cəlaloğlu;
15. Azərbaycan Xalq Partiyası, Pənah Hüseyn;
16. Milli Dirçəliş Hərəkatı Partiyası, Fərəc Quliyev;
17. Ədalət Partiyası, İlyas İsmayılov;
18. Klassik Xalq Cəbhəsi Partiyası, Mirmahmud Fəttayev;
19. AĞ Partiyası, Tural Abbaslı;
20. REAL Partiyası, Natiq Cəfərli;
21. Azad Vətən Partiyası, Akif Nağı;
22. Müasir Müsavat Partiyası, Hafiz Hacıyev;
23. Yeni Zaman Partiyası, Musa Ağayev;
24. Gələcək Azərbaycan Partiyası, Ağasif Şakiroğlu".
Избранный
7
47
oxu.az

10Источники