RU

“Azərbaycanın təyyarəsinin zenit raketi ilə vurulması ehtimalı var” - “The Wall Street Journal”

“Azərbaycana məxsus təyyarəyə qarşı ya hava hücumundan müdafiə sistemindən atəş açılıb, yaxud raket hücumu həyata keçirilib”.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb. Məqalədə qeyd olunur ki, təyyarə son həftələrdə Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Ukrayna pilotsuz təyyarələri ilə mübarizə apardığı ərazidə hərəkət edib.

“Bəzi aviasiya ekspertləri Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı və Storyful tərəfindən təsdiqlənmiş qəza yerindən kadrlarda təyyarənin quyruğundakı perforasiyanın mümkün raket hücumu və ya hava hücumundan müdafiə sistemlərindən zərbəyə bənzədiyini göstərir”, - məqalədə qeyd olunur.

“Osprey Flight Solutions” aviasiya təhlükəsizliyi şirkətinin kəşfiyyat direktoru Mett qəzetə deyib ki, “Qırıntıların videosu və Rusiyanın cənub-qərbindəki hava təhlükəsizliyi şərtləri təyyarənin zenit atəşi ilə vurulması ehtimalını artırır”.

O qeyd edib ki, görünən zərbə izləri quşlarla toqquşmadan yaranacaq izlərə uyğun gəlmir, lakin bu ehtimalı təsdiqləmək üçün əlavə məlumatlara ehtiyac var.

Qəzet yazır ki, Azərbaycan Hava Yollarının təyyarəsi çərşənbə günü səhər Bakıdan havaya qalxaraq Rusiyanın Şimali Qafqazda son həftələrdə Ukrayna pilotsuz təyyarələrinin hədəfinə çevrilmiş hava sahəsi ilə uçub.

Rusiya hakimiyyət orqanları adətən bu dronlara qarşı müdafiə üçün “Pantsir-S1” zenit raketlərindən istifadə edir. “Pantsir-S1”-in mərmilərinin uçuş məsafəsi ona yüksəklikdə bir təyyarəni vurmağa imkan verir.

Xatırladırıq ki, bu sadəcə bir versiyadır.

Araşdırmanın nəticələrinə əsasən yekun qərar veriləcək.

“AzPolitika.info”

Избранный
13
3
azpolitika.info

4Источники