Fransanın Bakıdakı səfirliyi dekabrın 26-da milli matəm günündə Azərbaycanla həmrəylik əlaməti olaraq Avropa İttifaqı və Fransa bayraqlarını endirib. Bu barədə Fransa səfirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan məlumatda bildirilir.
Dekabrın 26-sı Azərbaycanda AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə Matəm Günüdür. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.