Avstraliyanın Viktoriya əyalətində 8 gündür davam edən meşə yanğını səbəbindən 66 min hektar ərazi külə dönüb.Avstraliya mətbuatında çıxan xəbərlərə görə, əyalətdəki "Qrampians" Milli Parkında dekabrın 18-də başlayan yanğın günlərdir davam edir.İndiyədək "Qrampians" Milli Parkının üçdə biri, yəni 66 min hektar ərazisi külə çevrilib.Həddindən artıq isti hava və külək səbəbindən yanğın hələ də nəzarət altına alınmayıb.Ölkənin müxtəlif ştatlarından 100-dən çox yanğınsöndürən yanğını söndürmək üçün Viktoriyaya yola düşüb.Səlahiyyətlilər "Qrampians"ın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan dərhal bu əraziləri tərk etmələrini istəyib.Yanğınlardan təxliyə edilənlər üçün Ararat, Dunkeld, Stavell və Hamiltonda yardım mərkəzləri açılıb.Səlahiyyətlilər Moyston və Mafeking şəhərləri yaxınlığındakı rabitə qülləsinin yanğınlardan təsirlənə biləcəyini açıqlayıb.Bu vəziyyətin həm mobil telefon, həm də Milli Genişzolaqlı Şəbəkə (NBN) xidmətlərinə təsir edəcəyi bildirilir.Viktoriya sakinlərinə özləri ilə mobil telefon və enerji doldurucu götürmək məsləhət görülüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта