RU

ADP sədri: “Biz hər zaman hökumətimizin yanındayıq”

Xəbər verdiyimiz kimi, dünən “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ilkin məlumatlara görə 28 nəfər həyatını itirib.

Sözügedən faciə ilə əlaqədar olaraq isə müxtəlif siyasi partiyaların sədrləri başsağlığı bəyanatları yayıb və bu ağır itkiyə görə dərin kədər hisslərini bildiriblər. Hər bir partiyanın nümayəndəsi siyasi rəngindən asılı olmayaraq, bu dəhşətli hadisə qarşısında vahid bir mövqe sərgiləyərək, dövlətin yanında olduqlarını ifadə ediblər.

Bu, bir daha onu göstərir ki, ölkədəki bütün siyasi qüvvələr milli birliyin və dövlətin güclənməsinin vacibliyini dərk edir və dövlətin yanında olmağın ən yüksək məsuliyyət olduğunu anlayırlar. Cəmiyyətin müxtəlif təbəqələrinin bir araya gələrək, milli dəyərləri müdafiə etməsi və bu kimi çətin vəziyyətlərdə birlik göstərməsi ölkəmizin sabitliyi və rifahı üçün çox önəmlidir. Bu qəza həm də siyasətə aid fərqlilikləri bir kənara qoyaraq, ümumi bir məqsəd və dəstək ətrafında birləşməyi vacib edir.

Yenicag.az-la söhbətində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da analoji fikirlərlə çıxış edib.

Partiya sədri vurğulayıb ki, ADP üçün Azərbaycan hökumətinin atdığı addımlar çox vacibdir:

“Biz həm də Türkiyə ilə strateji müttəfiqlikdə maraqlıyıq. Suriya məsələsində Azərbaycan öz vətəndaşlarının, xüsusən də orada yaşayan 5 milyon azərbaycanlının hüquqlarını qorumaq üçün əlindən gələni etməlidir.

Düşünürəm ki, bu birlik, eyni zamanda, Azərbaycanın müstəqillik və suverenliyinə qarşı edilən cəhdlərə cavab ola bilər. Biz hər zaman hökumətimizin yanındayıq. Çünki strateji maraqlarda mütləq hökumətin dəstəklənməsi vacibdir”.

Rafi Müslümov

Избранный
16
yenicag.az

1Источники