Düşənbə. Trend:
Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin AZAL-aməxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsindəhəlak olan sərnişinlərin ailə üzvlərinə və yaxınlarına başsağlığıverib, zərərçəkənlərə tezliklə sağalmağı arzulayıb.
Trend xəbər verir ki, xariciişlər naziri Azərbaycanın Düşənbədəki səfirliyinə baş çəkərək,təyyarə qəzası qurbanları ilə bağlı başsağlığı kitabına özqeydlərini yazıb.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində,13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-iisə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan,Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarətialtındadır.