RU

Təcili: AZAL-ın təyyarəsi hücuma məruz qalıb

AZAL-ın təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, Bu barədə "Caliber" məlumat əldə edib.

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi vasitəsilə hücuma məruz qalıb.

Bundan əlavə, Rusiyanın elektron müharibə (REB) sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub.

Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və yalnız Xəzər dənizi ərazisində siqnal bərpa edilib.


Müəllif: Teleqraf.com
Избранный
26
1
teleqraf.com

2Источники